Lənkəran şəhəri, Qala xiyabanı (Samsung-un yanı) +994 77 520 42 42 [email protected]

Akademiyanın  KURİKULUM vəsaiti  satışda (2024-cü il əlavələri ilə birlikdə)

Elm Tədris Akademiyasının Metodika üzrə təlimçisi və Lənkəran Dövlət Universitetinin müəllimi Samir Salayevin MİQ və Sertifikasiya imtahanlarına hazırlaşan müəllimlər üçün nəzərdə tutulan "Tətbiqi Kurikulum.Metodika. Pedaqogika" vəsaiti artıq xidmətinizə təqdim olunub. Vəsaitdə 2015-2020-ci illər ərzində təşkil olunan bütün MİQ və DQ imtahanlarında yer alan tətbiqi mövzular + 33 variantda sınaq testləri yer almışdır. Bütün mövzuları tam verilmiş və müəllimlər üçün İLK kompleks vəsaitdir. İstifadə edəcək hər bir müəllimin stolüstü vəsaiti olacağı şübhəsizdir. Kitabın elmi redaktoru və rəyçiləri öz imzası ilə ölkəmizin elm-təhsil həyatında çəkisi olan ziyalılarından ibarət heyətdir. Vəsait Azərbaycan Respublikasının Təhsil nazirliyinin müvafiq istiqamətdə təsdiqlənmiş ən son proqramı əsasında tərtib olunub. Vəsaitinin ən üstün tərəfi sadə dildə izahlı olması və müəlliflər hər an əlaqə saxlama imkanlarının təmin olunmasıdır. Vətənə, millətə xeyirli olsun!

Vəsaitin müəllifi haqqında məlumatı təqdim edirik:

Samir Mirsamid oğlu SALAYEV     
09.02.1988-ci il tarixində Lənkəran rayonunun Moğonojoba kəndində həkim ailəsində dünyaya gəlib. 2005-ci ildə Şürük kənd tam orta məktəbini müvəffəqiyyətlə bitirib 2005-ci ildə yüksək balla Lənkəran Dövlət Universitetinin Coğrafiya ixtisasına qəbul olunmuşdur.  2009-cu ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirərək Lənkəran Dövlət Universitetinin Magistratura səviyyəsinin “Fiziki Coğrafiya” ixtisasına qəbul olunmuş və 2012-ci ildə magistr dərəcəsi qazanmışdır. 2015-ci ildən özəl təhsil sektorunda metodika və coğrafiya fənn müəllimi kimi fəaliyyətə başlayıb, abituriyent və müəllim hazırlığı sahəsində uğurlu nəticələr qazanmışdır. Muxtəlif  təlim, təhsil və inkişaf  kurslarının məzunu olmuşdur.
      Azərbaycan Gənclərinin V və VI Forumlarının iştirakçısıdır. Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Kəşf olunan İnnovativ və kreativ gənclik mövzusunda natiqlik məktəbi” layihəsinin qalibi və rəhbəri olmuşdur. Tükəvilə kənd tam orta məktəbinin müəllimi kimi  Təhsil Nazirliyinin Təhsildə İnkişaf və Sosial innovasiyalar üzrə II qrant müsabiqəsində “Məktəblilərin sağlamlıq və idman klubu” layihəsi ilə qalib olmuşdur. III qrant müsabiqəsində isə qalib olan “Vətənim Azərbaycan” layihəsinin eksperti olmuşdur.
      2018-ci ildə  Ali məktəb təhsil pilləsinin doktorantura səviyyəsinə qəbul imtahanlarında yüksək nəticə ilə Lənkəran Dövlət Universitetinin “Coğrafiya” ixtisasına qəbul olunub. Həmin dövrdən Lənkəran Dövlət Universitetinin “Coğrafiya və ekologiya” kafedrasının müəllimi kimi fəaliyyətə başlayıb. Hazırda Lənkəran Dövlət Universitetində və Elm Tədris Akademiyasında müasir təhsil proqramı - kurikulum metodikası və coğrafiya istiqamətində dərslər - təlimlər həyata keçirir. Tələbələri Təhsil Nazirliyinin həyata keçirdiyi “Müəllimlərin İşə Qəbulu” müsabiqəsində yüksək nəticələr qazanıb. 2020-ci ildə savadlı kadrların hazırlanması və təhsil sahəsindəki uğurlu nailiyyətlərinə görə “Zirvədəki Azərbaycanlı” media mükafatına layiq görülərək xüsusi diplom və  medalla təltif olunmuşdur.

Vəsait: Lənkəran şəhərində satışdadır. Poçtla ölkənin hər bir yerinə göndərilə bilir.
Sifariş üçün zəng edin: 050 419 02 99